Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Sosial 3
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 17-də cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təşkil edəcək.Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.Azərbaycanın rayonlarında sentyabrın 17-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 17-18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şənbə günü hava tutulacaq, yağmursuz keçəcək

Şənbə günü hava tutulacaq, yağmursuz keçəcək

Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sə...

2794 Sosial 14:26 13 sentyabr 2019

Son xəbərlər