"Gələn il qəbul imtahanlarında ciddi dəyişikliklər olacaq" - Məleykə Abbaszadə
17
noy
2018
10:46
"Gələn il keçiriləcək qəbul imtahanlarında ciddi dəyişikliklər olacaq, buna görə də 2019-cu il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək".BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti " mövzusunda keçirilən konfransda çıxışında deyib.O qeyd edib ki, 2018-ci ilin 10 ay ərzində 641 min 517 iştirakçı imtahanda olub: "18 603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48 309 nəfər ictimaiyyətin nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirməyə cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir. Onlar DİM-in əməkdaşları ilə birgə imtahanların həyata keçirilməsinə töhfələrini verirlər”.BAKU.WS
Oxşar xəbərlər
Məleykə Abbaszadə: Abituriyentin 596 bal toplaması saxtadır
"Hər bir abituriyentin imtahan nəticəsi yalnız onun razılığı əsasında açıqlana bilər. Üçüncü şəxsə fərdi məlumatları çatdırıla bilməz".BAKU.WS "report"a istinad...