Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Gələn ay ardıcıl dörd gün istirahət olacaq.
BAKU.WS xəbər verir ki, noyabr ayında vətəndaşları ardıcıl dörd günlük qeyri-iş günü gözləyir.
Belə ki, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü bu il şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əsasən, bu bayramlar istirahət günlərinə düşdüyündən onların əvəzinə noyabrın 10-u və 11-i də qeyri-iş günü olacaq.
Beləliklə, noyabrın 8-dən 11-dək dörd gün ardıcıl istirahət olacaq. Noyabrın 12-si isə ilk iş günü kimi qeyd olunacaq.
Qeyd edək ki, 12 Noyabr - Konstitusiya Günü və 17 Noyabr - Milli Dirçəliş Günü rəsmi bayramlar olsa da, onlar iş günləri hesab olunur.
Oxşar xəbərlər
Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir"
Qusar rayonunda Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusun...