Gələcəyin sahibkarlarına dəstək: "Miniboss Biznes Məktəbi"nin 5-ci Startap Forumu baş tutdu

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilib.
BAKU.WS xəbər verir ki, "Miniboss Biznes Məktəbi"nin təşkil etdiyi tədbir artıq ölkəmizdə sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib.
Bu il Forumda 22 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş ediblər.
SIFE- sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.
"Miniboss Business School"-un Bakı nümayəndəliyinin təsisçisi Nərminə Həsənova "Miniboss Biznes Məktəbi" artıq öz hədəflərinə çatıb. Onun sözlərinə görə, məktəb sərbəst mühitdə uşaqların özlərinə inamla irəliləməsi üçün zəmin yaradır:
"Bu gün bizim 5-ci hesabat tədbirimizdir. MiniBoss Biznes Məktəbi bu gün 5 illik fəaliyyət dövrünü qeyd edir. İlk ilin yekununda şagirdlərimizin sayı 26 nəfər təşkil edirdi. Bu gün isə bu rəqəm 134 nəfərə çatıb. Eləcə də layihələrin sayı 6 idi, bu gün isə 22 layihə təqdim olunacaq". Miniboss Biznes Məktəbi"nin əsas məqsədi uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaq, liderlik və maliyyə savadlılığı kimi bacarıqlarını inkişaf etdirməkdir. Digər xoş nəticələr də var. Məsələn, uşaqlar sadə ingilis dilinin əvəzinə biznes ingilis dilindən istifadə edərək öz fikirlərini ifadə edə bilirlər. Onlar vaxt idarə edilməsini öyrəniblər. Hətta uşaqlar valideynlərinin xərclərinin mahiyyətini düzgün dəyələndirməyi də öyrəniblər".
"Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova məktəbin gənc sahibkarların gələcək həyatlarında böyük rolunu vurğulamaqla, məktəbin son 5 ildə gördüyü fəaliyyətdən danışıb:

"Biz ümumilikdə 5 il ərzində 71 layihə üçün belə startap layihələr üçün forumlar keçirmişik və bu, ciddi rəqəmdir. 2021-ci ildə isə bu, yenilik idi. İlk dəfə biz şagirdlərinin biznes ideyaları üçün maliyyə dəstəyi ayıran məktəb olduq. Ümumilikdə onu deyə bilərəm ki, "MiniBoss Business School Baku" yeganə ilk məktəbdir ki, şagirdlərə həm biznes bilikləri verir, həm biznes təcrübəsi də qazandırır. Qeyd etməliyəm ki, il ərzində akademik proqram daxilində şagirdlərimiz müxtəlif biznes turlara gedirlər və bu işdə bizə köməklik göstərən dövlət qurumları və həmçinin özəl şirkətlər də var".
Forumda startapçıların layihələrini 8 münsif dəyərləndirib. Münasiflər arasında "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi"nin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə yer alıb.

Bundan başqa "Britaniya-Azərbaycan Ticarət Palatası"nın İcraçı Direktoru Zibər Hüseynova, "TAM Advisory"nin təsisçisi Tatyana Mikayılova, "Milla Dairy" şirkətinin baş direktoru Azər Vahabzadə, "British Council"ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, "SARDA Group"un CEO-su və təsisçisi Rauf Xəlilov da layihələri qiymətləndirən münsif kürsüsündə əyləşiblər.


Daha sonra gənc startapçılar sıra ilə SİFE kateqoriyasında 13 komanda, SAGE kateqoriyasında isə 9 komanda olaraq çıxış ediblər. Çıxışlar zamanı gənc sahibkarlar layihələrinin biznes planlarını təqdim etməklə ideyanın üstün cəhətləri, hədəf auditoriyası, bazar araşdırması, maliyyə hesabatı və ən əsas ideyanın reallaşması üçün ilkin kapitalı səsləndiriblər.

Təqdimatlar münsiflər heyəti tərəfindən dəyərləndirilib və komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrant ayrılıb.
Belə ki, "NutriPlate" layihəsinə 1 510 manat, "Icons of the World"ə 2 100 manat, "AquaBuddy"yə 1 035 manat, "Calendar Joy"a 1 035 manat, "Root Revive"ə 1 425 manat, "To Be Continued"ə 700 manat qrant ayrılıb.


Münsiflər isə "StoryBites" layihəsinə 1 350 manat, "HeroCards"a 1 160 manat, "Mr Saboon"a 990 manat, "Yurd Scents" 1 560 manat, "Step Craft"a 770 manat, "EcoScent Case"ə 1 200 manat və "Iplik" layihəsinə 1 425 manat qrant ayrılması ilə bağlı qərar verib.
Məlumat üçün bildirək ki, "Miniboss Biznes Məktəbi" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çoxfilialda mövcüd olan yeganə məktəbdir.
Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır.
Qeyd edək ki, bu il "Miniboss Biznes Məktəbi" brendi 25 illik yubileyini qeyd edir və bununla əlaqədar olaraq Dünya Çempionatı 7-15 iyul tarixlərində Maldiv adalarında keçiriləcək.

Oxşar xəbərlər
Düşüncə gücü və manifestlə arzu tutanda reallaşır?
Ev almaq istəyirsiniz, amma pulunuz yoxdur. Əvvəlcə necə ev almaq istədiyinizi düşünün. Gedin, gəzin, baxın, hətta əmlakçılarla bazarlıq edin və o evin sizin ol...