Fuad Abbasovun vəkili: "Bu gün Bakıya uçmalı idi"

Fuad Abbasovun vəkili: Bu gün Bakıya uçmalı idi
Sosial 731
Jurnalist Fuad Abbasovun bu gün - 31.05.2019 tarixində Azərbaycana deportasiya olunacağı haqqında yayılan məlumatların heç bir hüquqi əsası yoxdur.BAKU.WS xəbər verir ki, bunu F.Abbasovun vəkili Teyyub Şərifov Facebook səhifəsində yazıb:"Qüvvəyə minmiş məhkəmə aktının olmaması səbəbindən Fuad Abbasovun ölkədən çıxarılmasının qeyri-mümkünlüyü haqqında müvafiq məhkəmə sənədləri mənim tərəfimdən lazımi qurumlara təqdim edildi. F.Abbasovun Rusiyadan çıxarılması haqqında məhkəmə qərarından apelyasiya şikayəti üzrə ilk məhkəmə iclası 6 iyun tarixində 10:00-da keçiriləcək".Vəkil əlavə edib ki, Fuad Abbasovu ziyarət edərkən onun həqiqətən də 31 may tarixində ölkədən çıxarılmasına hazırlıqların getdiyinin şahidi olub:"Ximkinski şəhər məhkəməsinin 16.05.2019 tarixində çıxardığı qərara əsasən artıq ona bu günə olan tarixə Azərbaycana bilet alınıb. Mənim "bilet kim tərəfindən alınıb" sualıma isə xüsusi saxlanma məntəqəsinin rəhbərliyi tərəfindən cavab verilməyib".Zülfiyyə Qurbanova

Oxşar xəbərlər

Son xəbərlər