ETX: "Azərpoçt"un adından dələduzluq halları var
Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından dələduzluqlar həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Məlumata görə, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək onlar saxta keçidlərə yönləndirilir. Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
"ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Elza Seyidcahan: "Rasim Balayevin ürəyində oynamaq istədiyi rollar var idi"
"Rasim müəllim 1948-ci ildəndir, bu yaş aktyor üçün elə də böyük yaş deyildi. O qədər gözəl rollar oynamağına baxmayaraq, onun ürəyində hələ oynamaq istədiyi ro...