Dabaq xəstəliyinə qarşı milyonlarla doza peyvənd ALINACAQ
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd vasitələri alacaq.
BAKU.WS-in əldə etdiyi məlumatına görə, iribuynuzlu heyvanların dabaq xəstəliyinin bir neçə növünə - O, Asiya-1, SAT-1 və SAT-2 serotiplərinə qarşı istifadə olunan peyvəndlərin alınması planlaşdırılır.
Satınalma çərçivəsində 5 milyon 382 min doza peyvəndin alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 6 milyon 700 min 590 manat təşkil edir.
Vaksinlər beynəlxalq baytarlıq standartlarına cavab verəcək və tətbiqdən sonra ən azı 6 ay immunitet yaradacaq.
Oxşar xəbərlər
DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı
Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi "TVM İnşaat" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər v...