Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, bu avtobuslardan 200-ü Bakı üçün, 60-ı Naxçıvan üçün, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:
"Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, avtobuslar Çin-Azərbaycan ortaq müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory"də istehsal olunur.
Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildiri...