Bu ilin 6 ayı ərzində aliment borcunu verməyən 1278 şəxs inzibati qaydada həbs olunub
2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəxs inzibati qaydada həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Naziriliyindən məlumat verilib.
Bildirilib ki, eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb.
Həmin dövrdə aliment borcu ilə əlaqədar 1500 şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat tərtib olunub, onlardan 1246 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
300 min məzunun attestatı elektron formada hazırlanıb
2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur....