Bu bölgədə yeni heyvan bazarı açılacaq
17
iyl
2026
10:36
Azərbaycanda fəaliyyət göstərən heyvan bazarlarının sayı artır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yenidənqurma işlərindən sonra bu ilin ilk altı ayında 11 heyvan bazarı fəaliyyətini bərpa edib. Bununla da ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının ümumi sayı 14-ə çatıb.
Əli Nəbiyev əlavə edib ki, yaxın günlərdə Xaçmaz heyvan bazarı da istifadəyə veriləcək.
Oxşar xəbərlər
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur
Sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. BAKU.WS x...