Biləsuvarın beş kəndində elektrik xətləri yenilənir
06
noy
2024
18:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunun beş kəndində elektrik xətləri yenilənir.
"Report"un Muğan bürosunun məlumatına görə, Muğan, Yuxarı Ağalı, Ağayrı, Günəşli və İsmətli kəndlərində SİP kabelləşmə işləri başa çatmaq üzrədir.
Həmçinin rayonun Ağalıkənd, Yuxarı Cürəli, Əsgərabad və Aşağı Cürəli kəndlərində sözügedən işlər yekunlaşıb. Bu kəndlərdə, həmçinin yeni transformatorlar quraşdırılıb.
Qeyd edək ki, işlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildiri...