Balakən və Zaqatalada zərərvericilər evlərə kütləvi hücum etdi, dezinfeksiyaya başlanıldı - RƏSMİ
Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir.
Mərkəzdən verilən məlumata görə, yaşayış olan binalarda kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir (qusma, boğulma, zəhərlənmə əlamətləri olur), buna görə də sakinlərə mexaniki mübarizə üsullarından da istifadə edilməsi tövsiyə olunur:
"Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbiri kimi zərərvericilərin əl ilə toplanaraq məhv edilməsi və tələlərdən istifadə olunması tövsiyə edilir. Bu proses hər tərəfdə eyni anda getdiyinə görə əhali arasında narahatlıq yaranır. Hazırda bununla bağlı kimyəvi mübarizə tədbirlərimiz davam etdirilir".
Qeyd edək ki, bu il sentyabr ayının sonlarından Qəhvəyi mərmər bağacığının qışlama üçün sığınacaq yerləri axtarması onun Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Rəsmi qurumdan AÇIQLAMA
2026-cı ildə Azərbaycana gələn turistlərin sayında azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11...