Bakının bu ərazilərində qaz olmayacaq

05
sen
2019
09:41
Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-dən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.Bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Bu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində qaz təchizatı dayandırılacaq.BAKU.WS xəbər...
