Bakıda zibili eşşək arabası ilə daşıyırlar? - AÇIQLAMA
Bakının Zirə qəsəbəsində zibili eşşək arabası ilə daşıyıblar. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Yayılan görüntülərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, Xəzər rayonu ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir.
"Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.
Həmçinin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.
Bununla əlaqədar, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkət...