Bakıda hərəkəti ilə böyük müzakirələrə səbəb olan avtobus sürücüsü tapıldı
Ötən gün Bakının Tbilisi prospektində təhlükəli ötmə manevri edən 65 nömrəli marşruta məxsus avtobusunun sürücüsü müəyyən edilərək cəzalandırılıb.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə avtobus sürücüsünün "avtoş"luğu ilə bağlı yayılan video barədə araşdırma aparılıb.
"Araşdırmalar zamanı 99-JO-929 dövlət qeydiyyat nişanlı, 65 nömrəli avtobusun sürücüsü müəyyən edilib. Həmin şəxs Yol Hərəkəti Haqqında qanunun 42- maddəsinin pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə protokol tərtib edilib.
Sərnişindaşıma fəaliyyətilə məşğul olan sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər", - deyə qurum rəsmisi bildirib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Dəniz mənzərəli ev alanların NƏZƏRİNƏ! Problemlə üzləşməmək üçün...
Dəniz mənzərəsini bir müddət sonra əvəz edən divar görüntüsü... BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dəniz mənzərəli binada mənzillər, digər binalarla...