Bakıda "avtoşluq" edən avtobus sürücüsü - Elə bil finişə tələsir...
26
noy
2025
14:45
Bakının Tbilisi prospektində 65 nömrəli marşruta məxsus avtobusunun sürücüsü təhlükəli ötmə manevri edib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, 99-JO-929 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü digər hərəkət iştirakçılarının və sərnişinlərinin həyatını riskə atıb.
Kadrlarda avtobusun yolun sıx olduğu anda qəfil zolaq dəyişərək digər nəqliyyat vasitələrini yüksək sürətlə ötüb keçdiyi açıq şəkildə görünür. Sosial şəbəkə istifadəçiləri sürücünün davranışını sərt tənqid edib.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb
Gənc müəllim bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Salyan rayon sakini, 28 yaşlı Tarıverdi Haqverdiyev Hüseyn oğlunu...