Bakıda bu ünvanlarda evlər söküləcək
13
dek
2024
23:23
Bakıda daha bir ərazidə evlər söküləcək.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Təzəpir məscidi ətrafındakı ərazilərdən gedir.
Məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə Süleyman Tağızadə, Abdulla Şaiq və Nabat Aşurbəyova küçələrini əhatə edəcək. Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.Yeni parkın şəhərin ekoloji mühitinə və sakinlərin sosial həyatına müsbət təsir edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...