Bakıda yol polisi xanım sürücüdən rüşvət aldı: "Get, 100 manat gətir" - (FOTO)

Bakıda yol polisi xanım sürücüdən rüşvət aldı: Get, 100 manat gətir - (FOTO)
Sosial 2469

 

Keçmiş millət vəkili Xeyrəddin Qoca öz Facebook hesabında qızına qarşı edilmiş haqsızlıq haqqında yazıb. Onun sözlərinə görə, qızının hüquqları polis əməkdaşları tərəfindən pozulub. 

BAKU.WS X.Qoca statusunu təqdim edir:

«Qızım maşını ilə yol qaydasını pozduğu üçün bu gün Yasamal rayon DAM əməkdaşları səhər 11-12 radələrində onu saxlayıb və maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, "maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq". X.Qoca statusunda qızının texniki problemlər ucbatından cəriməni ödəyə bilmədiyini və bunu da polis əməkdaşlarına bildirdiyini yazıb. Onun sözlərinə görə, bundan sonra Yasamal Polis İdarəsinə yollanan qızı qanunsuzluqla üzləşib: "Qapısında "E.Seyidov" yazılmış polis kapitanı qızıma deyib: "Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim". Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb!" Bundan sonra əlaqədar şəxslərlə telefonda danışdığını deyən X.Qoca statusunu əsəbi tonda bitirir: "İndi bu Emil Seyidovdan soruşuram: Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?». 

İman

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər