Bakı Nəqliyyat Agentliyinin cərimələdiyi sürücülərin sayı AÇIQLANDI
07
fev
2019
22:02
“Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib”.BAKU.WS “Report”-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: “54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur: “Hazırda 73 min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edib, onların tələblərini nəzərə alırıq".V.Kərimli dayanacaqlarla bağlı məsələdən də danışıb: “Hazırda dayanacaqlarla əlaqədar işi yekunlaşdırmaq üzrəyik. Belə ki, intellektual kameraların quraşdırılması nəzərdə tutulur. Bu, şəhərin bütün dayanacaqlarında təşkil ediləcək. Məqsədimiz işi il ərzində yekunlaşdırmaqdır. Martın ortalarında Yeni Yasamalda, əsasən Şərifzadə küçəsində bu istiqamətlərdə kameralar quraşdırılacaq”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda parklanmaya problem yaradan səbəblər açıqlanıb
“Bakıda parklanma ilə əlaqədar problemlər var. Buna səbəb tikililər, yeni tikililər, pilot layihələrdir”.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirlər...