Azərbaycanlı lotoreya qalibi: Bir milyon dollara restoran açacağam

Azərbaycanlı lotoreya qalibi: Bir milyon dollara restoran açacağam
Sosial 4685

ABŞ-da yaşayan azərbaycanlı Pərviz Quluzadə lotoreyada udduğu 1 milyon dollara restoran açacaq.

BAKU.WS "AzNews.az”-a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Quluzadə bildirib ki, üzərində hazırlıq gedən restoran şərqsayağı üslubda olacaq: "Burada bir Azərbaycan restoranı açacam. Bu məsələdə qərarlıyam. Hazırda bununla bağlı işlər gedir. Restoranın hələ eskizləri hazır deyil. İşlər yekunlaşandan sonra bu barədə əlavə məlumat veriləcək”.

P.Quluzadə üzərində işlər gedən restoranın milli atributlarla bəzənəcəyini vurğulayıb. 

Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycanlı Pərviz Quluzadə 2016-cı ilin yanvarında lotoreyada 1 milyon dollar udub. Bu məbləği ona "cek-pot” qazandırıb.

BAKU.WS

Oxşar xəbərlər

Emin Ağalarov yeni restoran açır

Emin Ağalarov yeni restoran açır

Müğənni Emin Ağalarov və rusiyalı prodüser Maks Fadeyev uşaqlar üçün restoran açır. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, "U dydya Maksa” ("Maks...

2152 Şou-biznes 14:30 08 avqust 2016

Son xəbərlər