Azərbaycanda şirkət ləğv olundu
22
yan
2018
13:10
Sinqapurun "Keppel" gəmiqayırma korporasiyası Azərbaycanda "Caspian Shipyard Company" (CSC) MMC-nin könüllü şəkildə ləğvini açıqlayıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.Qeyd olunur ki, CSC ləğvolunma proseduruna 26 avqust 1997-ci il tarixli "AzerFELS" ("Keppel Offshore & Marine Ltd" şirkətinin törəmə şirkəti), SOCAR və "Lukoil Europe Holdings BV" arasında imzalanmış şirkətin yaradılması haqqında müqavilə müddətinin başa çatmasından sonra başlayıb."Keppel" şirkəti Azərbaycanda fəaliyyətini "Bakı gəmiqayırma zavodu" MMC-də iştirak payı çərçivəsində davam etdirəcək.BAKU.WS
Oxşar xəbərlər
Məhkəmə ANS-lə bağlı çıxarılmış qərarı ləğv etdi
"Sharks" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə “ANS ÇM” Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb.BAKU.WS "Report"-a istinadən xəbər...