Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz təhsil ala bilər
19
sen
2017
15:28
Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir.BAKU.WS Trend-ə istinadla məlumat verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev çıxış edib.O qeyd edib ki, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar.Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır:“Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, yoxsa çoxdur."BAKU.WS
Oxşar xəbərlər
Bank of Baku-dan Təhsil Kampaniyası: 10.000 AZN-dək Nağd Pul Kreditinə 3% ENDİRİM!
“Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin yanında olan Bank of Baku, bu dəfə ödənişli əsaslarla universitetə qəbul olan və...