Azərbaycan millisinə görə 100% endirim edən "Çaynataun" restoranından YENİ KAMPANİYA
03
okt
2017
14:39
Bakıda "Çaynataun" restoranı böyük səs-küyə səbəb olmuş kampaniyasını davam etdirir. BAKU.WS-in məlumatına görə, restoran "Çaynataundan ənənəyə sadiq hərəkət! 5 Oktyabr millimizin vurduğu hər qola 20% endirim edirik!" adlı yeni kampaniya elan edib. Azərbaycan yığmasının Çexiyaya vuracağı hər qola endirim edəcək restoranın kampaniyası bununla bitmir. Matçda Rəşad Sadıqov qol vurarsa, 20%-lik endirimə 14% də əlavə olunacaq. Restoran bunu Rəşad Sadıqovun yığmadakı son oyununa görə müştərilərinə jest olaraq edib.Xatırladaq ki, restoran bundan öncəki kampaniyada da hər qol üçün 20% endirim vəd etmişdi. San Marino ilə qarşılaşmada yığmamızın 5 qol vurması nəticəsində "Çaynataun"a gələn müştərilər millinin hesabına ödəniş etməyib. Hər qola görə 20% endirim olduğu üçün 5 topa görə 100% endirim edilib və nəticədə müştərilərdən hesab alınmayıb. Restoran oyundan sonra bu paylaşımı edib: "Biz sözümüzün üstündə dayandıq! Millimizin 5 qolluq qələbəsinə "Çaynataun"dakı bütün qonaqları 100% endirim ilə pulsuz qonaq etdik. Təki həmişə belə qələbələr qazanaq!"BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan yığması 5 qol vurdu, "Çaynataun" restoranı 100% endirim etdi (FOTO)
Bakıda "Çaynataun" restoranın kampaniyası böyük səs-küyə səbəb olub. BAKU.WS-in məlumatına görə, restoran "4 Sentyabr millimizin vurduğu hər qola 20% endirim ed...