Azərbaycan yığması 5 qol vurdu, "Çaynataun" restoranı 100% endirim etdi (FOTO)
05
sen
2017
14:46
Bakıda "Çaynataun" restoranın kampaniyası böyük səs-küyə səbəb olub. BAKU.WS-in məlumatına görə, restoran "4 Sentyabr millimizin vurduğu hər qola 20% endirim edirik!" adlı yeni kampaniya elan edib. Azərbaycan yığmasının San Marino ilə qarşılaşmada 5 qol vurması müştərilərin ürəyincə olub. Belə ki, "Çaynataun"a gələn müştərilər millinin hesabına ödəniş etməyib. Hər qola görə 20% endirim olduğu üçün 5 topa görə 100% endirim edilib və nəticədə müştərilərdən hesab alınmayıb. Restoran oyundan sonra bu paylaşımı edib: "Biz sözümüzün üstündə dayandıq! Millimizin 5 qolluq qələbəsinə "Çaynataun"dakı bütün qonaqları 100% endirim ilə pulsuz qonaq etdik. Təki həmişə belə qələbələr qazanaq!"BAKU.WS
Oxşar xəbərlər
Bank of Baku-dan Təhsil Kampaniyası: 10.000 AZN-dək Nağd Pul Kreditinə 3% ENDİRİM!
“Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin yanında olan Bank of Baku, bu dəfə ödənişli əsaslarla universitetə qəbul olan və...