"Azəriqaz"a işə düzəltmək adı ilə dələduzluq edən şəxs cinayət məsuliyyətindən azad edildi
Lənkəran Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sakit Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Sakit Əsədov cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 2021-ci ilin oktyabrın əvvəlində Lənkəran rayonu Boladi kəndində qeydə alınıb.
Belə ki, Sakit Əsədov tanışı vasitəsilə tanıdığı zərərçəkmiş Hafiz Həmidzadəni "Azəriqaz" İB-nin Lənkəran Rayonu Qaz İstismar İdarəsində mühasib vəzifəsinə düzəlmək adı ilə ona qarşı dələduzluq edib. O bu yolla zərərçəkmişdən ümumilikdə 6500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Sakit verdiyi vədə əməl etməyib.
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib, tablolarda "dumanlı hava" işarəsi qoyulub
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. BAK...