Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27,3 manat civarında dəyişib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, iyulun 10-da da Azərbaycanda unun topdansatış qiymətləri yuxarıdakı kimi olub.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildiri...