Azərbaycanda tədris ilinin vaxtı uzadılacaq? - RƏSMİ CAVAB

2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.
BAKU.WS xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq: "Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Oxşar xəbərlər
Dərnək məşğələlərinin də fəaliyyətinə icazə verildi
Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat t...
