Azərbaycanda qadınların pensiya yaşı artırılır

Azərbaycanda qadınların pensiya yaşı artırılır.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, ölkədə 30 iyun 2025-ci ilədək kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı 64 olacaq.
1 iyul 2025 - 30 iyun 2026-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64 il 6 aya çatdırılacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ - Bu zəng və mesajlara cavab verməyin
Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bild...
