Azərbaycanda payızlıq əkinlərə görə subsidiya alanların sayı 278 minə çatıb
01
apr
2026
14:37
Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə ümumilikdə 277 825 fermerə 810 810 hektar sahə üzrə əkin subsidiyası ödəyib.
BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Subsidiyaların ödənişi davam edəcək.
Oxşar xəbərlər
ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yaxın günlərdə Azərbaycanda isti, quraq və küləkli hava şəraiti davam edəcək ki, bu da meşələrdə və digər t...