Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyona yaxınlaşıb
Bu iyulun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyulun 1-i ilə müqayisədə 0,9 % çox - 1 milyon 787,4 min nəfər olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, onlardan 844,6 min nəfəri (2,3 % az), dövlət sektorunda, 942,8 min nəfəri isə (4 % çox) qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,8 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Oxşar xəbərlər
Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI - SİYAHI
Azərbaycanda avqustun 10-dan etibarən 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri açıqlanıb. Qiymətlər istehsalçıdan asılı olaraq 26,50-29,40 manat arası...