Azərbaycanda havanın ən çox çirkli olduğu ərazilər açıqlanıb

Azərbaycanda havanın ən çox çirkli olduğu ərazilər açıqlanıb
Sosial 272

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.

BAKU.WS-in məlumatına görə, xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib.

“Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində qeydə alınıb”.

Oxşar xəbərlər

Yanvarın hava proqnozu açıqlandı

Yanvarın hava proqnozu açıqlandı

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...

1521 Sosial 10:51 30 dekabr 2020

Son xəbərlər