Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan BAKU.WS-ə bildirilib.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Oxşar xəbərlər
Operativ Qərargahdan vətəndaşlara ÇAĞIRIŞ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah növbəti dəfə vətəndaşlara müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə vətəndaşlar d...