Azərbaycan çempionları koronavirusa qarşı - VİDEO

19
mar
2020
10:58
Azərbaycanın məşhur idmançıları koronavirus əleyhinə videoçarxa çəkiliblər.
BAKU.WS xəbər verir ki, layihə Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) tərəfindən gerçəkləşdirilib.
Videoda olimpiya və dünya çempionları əhalini təlaşlanmamağa, hökumətin tətbiq etdiyi qaydalara riayət etməyə çağırırlar.
Çarxda olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftəhəddinova, paralimpiya çempionu İlham Zəkiyev, dünya çempionu Rafael Ağayev və televiziya aparıcısı Sənan Şəfizadə çəkiliblər.
Oxşar xəbərlər
Sabahdan Azərbaycanda xüsusi rejim tətbiq edilir
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hə...
