AYNA: Bu il özəl daşıyıcılar Bakıya 100-dən çox avtobus gətirəcək
Bakıda sərnişin avtobuslarının sayının 2800-ə çatdırılması nəzərdə tutulur.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov "Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi" mövzusunda keçirilən "Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası"nda bildirib.
"Ötən il Bakıda gün ərzində fəalliyyət göstərən avtobusların sayı 2160-a çatdırılıb. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən Bakıya 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2023-cü illə müqayisədə 43% artaraq taxminan 2000 avtobusa çatdırılıb", - deyə T.Səfərov qeyd edib.
Oxşar xəbərlər
İllər öncənin Novruz ab-havası: Keçmiş ənənələr bu gün necə yaşayır?
Bir papağın içində yalnız qoz-fındıq, şirniyyat yox, həm də uşaqlıq gizlənirdi. Gizlənib gülən uşaqlar, qapı arxasında qalan həyəcan indi xatirəyə çevrilib. Amm...