Aylardır həllini tapmayan PROBLEM: Hökməlidə çirkab sular küçəyə axıdılır
05
avq
2026
21:06
Abşeron rayonunun Hökməli qəsəbəsində "Megastore" marketinin qarşısına yaxın ərazidə kanalizasiya xəttindən çirkab sular 3 aydır küçəyə axır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, çirkab suları həm antisanitar vəziyyət yaradıb, həm də Hökməli–Qobu–Güzdək avtomobil yolunun həmin hissəsində nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.
Problemin uzun müddətdir həllini tapmadığını qeyd edən sakinlər aidiyyəti qurumlardan yaranmış vəziyyətin aradan qaldırılmasını istəyirlər.
Oxşar xəbərlər
Sabahdan Bakıda bu yollar bağlanır - Təmir işlərinə başlanılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın daha üç yol sahəsində təmir işlərinə başlanılacağını açıqlayıb. BAKU.WS xəbər verir ki, aparılac...