Avtomobillərin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürüldü
Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub.BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir. Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Əsasnaməyə əsasən, texniki baxış belə həyata keçirilir: Tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Silahlı Qüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə 1 dəfə texniki baxışdan keçir.
Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularına görə:
İstehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə 1 dəfə texniki baxışdan keçməlidirlər.
BAKU.WSOxşar xəbərlər
Sürücülərin nəzərinə! Vaxt 2 dəfə artırıldı
Azərbaycanda vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, nəqliyyat vasitəsini 10 gün deyil,...