Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur
03
iyl
2026
08:55
Bakı şəhərinin Babək prospektinin intensiv hissəsində piyadalar üçün keçidin olmaması sakinlərə təhlükəli vəziyyət yaradır.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, hər gün yüzlərlə sakin həmin yolu qorxaraq keçir.
Onların sözlərinə görə, piyada keçidinin olmaması səbəbindən burada dəfələrlə qəza baş verib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə yolun eni 14 metrdən çoxdur və qanunvericiliyə uyğun olaraq burada piyada keçidinin quraşdırılması düzgün hesab edilmir.
Oxşar xəbərlər
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında...