Ağsunun Natəvan küçəsində antisanitar vəziyyət hökm sürür
Ağsu şəhərinin Natəvan küçəsində uzun müddətdir antisanitar vəziyyət hökm sürür.
Belə ki, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər vaxtında boşaldılmadığından dolub-daşır, zibillər ətrafa yayılaraq ərazidə üfunətə səbəb olur.
Sakin Şəhla Mustafayeva bildirir ki, yaranmış vəziyyət məhəllənin ümumi görünüşünü korlamaqla yanaşı, əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib:
"Zibili hara gəldi atırlar, qoxu aləmi götürüb. Məhləmiz biabırçı gündədir. Uşaqlar məktəbə gedə bilmirlər, xəstəlik tapırlar. Yollarımız da bərbad vəziyyətdədir. Şikayət etdikdə isə bizə deyilir ki, bura planda deyil. Ərazi tam yiyəsiz qalıb. Belə yerdə insan yaşayar?".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzus...