Ağdamda iqtisadi canlanma - Elektromobillər üçün şarj cihazının istehsalı diqqət çəkir

Ağdamda iqtisadi canlanma - Elektromobillər üçün şarj cihazının istehsalı diqqət çəkir
Video
Sosial 51

Ağdam Sənaye Parkı işğaldan azad edilmiş rayonda iqtisadi canlanmanın əsas mərkəzlərindən biridir.

Parkda yerli xammala əsaslanan məhsulların istehsalı ilə yanaşı, yeni iş yerlərinin yaradılması üçün də geniş imkanlar formalaşdırılıb.

Burada istehsal olunan məhsullar həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasında, həm də ölkənin digər regionlarında istifadə olunur. Elektrik avtomobilləri üçün şarj cihazları da məhz bu sənaye parkında fəaliyyət göstərən zavodda istehsal edilən məhsullar sırasındadır.

"Eel Electric" şirkətinin texniki direktoru Ruslan Şıxəliyevin sözlərinə görə, müəssisə sənaye və infrastruktur obyektləri üçün elektrik qurğularının layihələndirilməsi, istehsalı və təchizatı ilə məşğuldur:

"Şirkətimiz elektrik panoları, paylayıcı qurğular, həmçinin beton və metal gövdəli transformator məntəqələrinin istehsalını həyata keçirir. Hazırda Azərbaycan ərazisində avtomobillər üçün şarj cihazlarının istehsalı ilə məşğul olan yeganə şirkət "Eel Electric"dir. İşçilərimizin 90 faizi isə yerli sakinlərdir".

Son xəbərlər