Ağdamda elektrik təchizatı və abadlıq işləri üçün 8,4 milyonluq LAYİHƏ
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam rayonunda genişmiqyaslı infrastruktur işləri ilə bağlı yeni tender elan edib.
BAKU.WS-in məlumatına görə, tender çərçivəsində iki iri layihə üzrə satınalma həyata keçiriləcək.
Onlardan biri "Ağdam rayonu, 4-cü mərhələ üzrə transformator məntəqələrinin və xarici elektrik təchizatının tikinti-quraşdırma işləri"dir. Layihənin dəyəri 4,3 milyon manatdan çoxdur.
Digər layihə isə "Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə su-kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin" satın alınmasını əhatə edir. Bu işlərin ehtimal olunan qiyməti isə 4,1 milyon manata yaxındır.
Bu layihələrin icrası Ağdam şəhərinin elektrik təminatının yaxşılaşdırılması, su-kanalizasiya sistemlərinin yenilənməsi, həmçinin yol və abadlıq işlərinin aparılması ilə rayon sakinlərinin həyat şəraitinin yaxşılaşmasına töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə Ümumm...