Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Castle Door" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, yeni rezident Parkın 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradacaq.
Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.
Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.
"Yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki, Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildiri...