SİZİN REKLAM BURADA!
055 213 76 73


Hava qaralar-qaralmaz böyükdən kiçiyə paytaxt sakinlərinin istirahət üçün üz tutduğu məkanlardan biri də qış parkıdır. Ancaq parkda istirahət edənlərlə söhbət etdiyimiz zaman insanların parkın mövcud durumundan gileyləndiyinin şahidi olduq. Sakinlər parka daxil olmaq üçün quraşdırılmış eskalatorların işləməməsindən gileylənirlər.

Baku Tv bu haqda maraqlı süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, eskalatorların işləməməsi səbəbindən bəzən insanlar parka avtomobil yolunun hərəkət hissəsindən keçərək gəlirlər. Bu da çox zaman xoşagəlməz hadisələri qaçılmaz edir.

Müsahibim Yusif dayı da müntəzəm olaraq parka gələn sakinlərdəndir. Onun sözlərinə görə, axşam düşər-düşməz qızını da götürüb üz tutduğu yeganə məkan buradır.

Yusif Məmmədov - Paytaxt Sakini: “İşləmirsə, niyə düzəltmirsən bunu? Niyə qoymusan bunu? Qızımla gəlirəm, parkda otururam. Qızım da diabet xəstəsidir, yeriyə bilmir. 7-8 aydır ki, eskalator çalışmır”.

Məsələdən hal-xəbər olub, üz tutduq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə. Agentliyin sözçüsü Anar Nəcəfli isə bildirdi ki, sözügedən ərazidəki piyada keçidləri agentliyin balansında deyil. Hər halda, bizim işimiz problemi işıqlandırmaqdır. Ümid edək ki, əraziyə cavabdeh qurum vəziyyətdən xəbər tutub, tezliklə mövcud problemləri aradan qaldırar.

BAKU.WS
VİDEO