VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayın 5-i tarixindən sonra karantin rejimi sərtləşəcək, yoxsa yumşaldılacaq? Bu sualı bir çox insanlar bizə ünvanlayır. Hesab edirəm ki, yumşalma çox yumşaq və çevik olmalıdır".

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronavirus İnfo”da deyib.

O bildirib ki, dövlət bütün məhdudiyyətləri götürə bilməz: 

"Məhdudiyyətlər müxtəlif sahələrdə qismən də olsa qalmalıdır. Təhlillər bizə imkan verəcək ki, hansı qərarları harada tətbiq edək.

Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik".

BAKU.WS
VİDEO