Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib - Dövlət Xidmətindən XƏBƏRDARLIQ

Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib -  Dövlət Xidmətindən XƏBƏRDARLIQ
Sosial 45711

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.

Bu barədə BAKU.WS-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirib ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyil.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır”.

Oxşar xəbərlər

Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər

Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...

37093 Sosial 20:30 02 aprel 2020

Son xəbərlər