İstanbulda 3 körpü Azərbaycan Bayrağının rənginə boyandı - FOTO

Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü münasibətilə İstanbulda 3 körpü Azərbaycan Bayrağının rənglərinə uyğun olaraq işıqlandırılıb.
BAKU.WS xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev APA-ya bildirib ki, 15 Temmuz Şəhidlər, Fatih Sultan Mehmet və Yavuz Sultan Selim körpülərində Azərbaycan Bayrağının rənglərilə işıqlandırmadan dənizdə əks olunan rəngarəng mənzərə şəhər sakinlərində xoş ovqat yaradıb.
M.Hacıyev bildirib ki, Azərbaycanın əlamətdar günlərinə Türkiyə tərəfdən hər zaman diqqət göstərilir. Baş Konsul bu addıma görə İstanbul valiliyi və Avtomobil Yolları Baş İdarəsinə təşəkkür edib.
Qeyd edək ki, İstanbulun Taksim meydanında “Galata qülləsi” də ilk dəfədir ki, Azərbaycan Bayrağının rəngində işıqlandırılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan vətəndaşları İstanbuldan Bakıya yola salınıb
Bazar günü 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İstanbul...