Prezident Füzuli rayonu üçün 980 min manat ayırdı

Prezident Füzuli rayonu üçün 980 min manat ayırdı
Sosial 64

Prezident İlham Əliyev Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, sərəncama əsasən, Füzuli rayonunun əhalisi 15373 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 980 min manat ayrılıb.

Oxşar xəbərlər

Prezidentdən növbəti sərəncam - Göygöl üçün 700 min manat ayrıldı

Prezidentdən növbəti sərəncam - Göygöl üçün 700 min manat ayrıldı

Prezident İlham Əliyev aprelin 1-də “Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödən...

119 Sosial 12:10 01 aprel 2020

Son xəbərlər