Azərbaycan koronavirusla mübarizə üçün ən müasir laboratoriyaya malikdir
"Azərbaycanda xüsusi təhlükəli infeksiyaların diaqnozu üçün çox müasir tipli və Dünya Səhiyyə Təşkilatının akreditasiyasından keçmiş laboratoriya var".
BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı REAL TV-yə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ölkə olaraq hər bir hala hazırdır: "Bu laboratoriyada diaqnostik reaktivlərimiz də təmin olunub".
Azərbaycan hökuməti öz vətəndaşlarını təhlükəli virusdan qorumaq iqtidarındadır və bu səbəbdən bu günə qədər bir nəfər də olsa, koronavirusa yoluxmayıb.
Azərbaycan bu prosesi mükəmməl şəkildə həyata keçirən dövlətlərdən biridir.
Oxşar xəbərlər
Koronavirusla bağlı mühüm açıqlama: Bu halda 103 və 113 xidmətinə zəng edin! - VİDEO
TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı danışıb. BAKU.WS xəbər verir ki, TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı REAL TV-yə eks...