SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Qurum sərnişinlərdən xahiş edib ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

"Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman BNA-nın 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik", - deyə Agentlik bəyan edib.

BAKU.WS