SİZİN REKLAM BURADA!
055 213 76 73


"Amma mən hesab edirəm ki, hansısa faciə olmaqdansa, boşanmaq yaxşıdır".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. 

O, əlavə edib ki, ailənin uzunömürlü olması üçün qarşılıqlı inam və etibar olmalıdır:

"Artım məsələsi cidi şəkidə var və hamı bundan həyəcan keçirir. Amma mən hesab edirəm ki, hansısa faciə olmaqdansa, boşanmaq yaxşıdır. İnsanlar bir-birinə dözümlü deyil. Dinləmək istəmirlər. Ən pisi də odur ki, hamı istəyir ki, evdə idarə edən olsun. Bunu qadın da, kişi də istəyir. Problem burda yaranıb.

Həm də şübhələr də var. Telefon və internet mövzusunda narazılıq var. Çox adam var ki, internet də işlədir, ailəsini də qoruyur. Burda qarşılıqlı inam və etibar olmalıdır".

BAKU.WS
VİDEO