SİZİN REKLAM BURADA!
055 213 76 73


Dadaş Dadaşlinskinin dünənki qonağı Qarabağda döyüşən qadınları təhqir edən politoloq Cümşüd Nuriyev olub.

BAKU.WS xəbər verir ki, İTV-də yayımlanan “3D” proqramında Dadaşlinskinin katibəsi obrazını canlandıran Lyuba qadınları təhqir edən qonağa etirazını nümayiş etdirib. 

Adətən qonaqları gülərüzlə qarşılayan və D.Dadaşlinskinin otağına yola salan Lyuba bu dəfə qonağın üzünə belə baxmayıb. Verilişə əsgər geyimində gələn Lyuba masasının yanına “Qadına hörmət et!” şüarlı plakat qoyub.

Dadaşlinski qonağın gəldiyini soruşaqnda isə onun adını belə tələffüz etmək istəməyib.

Qeyd edək ki, C.Nuriyev AzTV-də yayımlanan “Əsas məsələ” proqramında “Xalq cəbhəsinin bir batalyonu var idi. Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar” sözlərini işlətmiş, daha sonra sözlərinə görə üzr istəmişdi.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO